• </br></br><span style=VISIT US AT BOOTH 11-C-10, PAVILION 11" data-bgposition="center top" data-bgfit="cover" data-bgrepeat="no-repeat">



    VISIT US AT BOOTH 11-C-10, PAVILION 11

     

    TRANSLOGISTICA KAZAKHSTAN

    SEPTEMBER 30 – OCTOBER 2, 2025

    ALMATY, ATAKENT EXHIBITION CENTER

  • <span style=ASSTRA
    SUSTAINABILITY" data-bgposition="center top" data-bgfit="cover" data-bgrepeat="no-repeat">

    ASSTRA
    SUSTAINABILITY

    Sustainability is a key priority for our business, and environmental protection is a crucial pillar of our ESG strategy.
    Moving forward, we remain committed to enhancing our ESG performance and amplifying the positive impact of our logistics
    operations. Through ongoing innovation, we strive to contribute to a more sustainable and responsible future.

новости компании

AsstrA 2024 ESG Hesabatını dərc etdi:  Davamlı logistika istiqamətində ölçülə bilən irəliləyiş

Beynəlxalq nəqliyyat və logistika şirkəti AsstrA-Associated Traffic AG ən son ESG hesabatını təqdim edib və 2024-cü il üzrə davamlı inkişaf sahəsində əsas nailiyyətləri vurğulayıb. Sənəd şirkətin ətraf mühitə təsirin azaldılması, məsuliyyətli biznes təcrübələrinin tətbiqi və beynəlxalq standartlara uyğun şəkildə əməliyyat şəffaflığının təşviqi istiqamətində ardıcıl səylərini təsdiqləyir.

2022-ci ildən etibarən AsstrA ESG hesabatlarını Qlobal Hesabat Təşəbbüsünün (GRI) təlimatlarına əsasən mütəmadi dərc edir. Cari buraxılış mühüm bir mərhələni qeyd edir: şirkət ən vacib ekoloji, sosial və idarəetmə təsir və risklərinin daha dəqiq təhlili üçün ikili əhəmiyyətlilik matrisini (double materiality matrix) təsdiqləyib. Bununla yanaşı, AsstrA hesabatlığın cari tənzimləmələrə uyğun olmasını təmin etmək məqsədilə Avropa Davamlılıq Hesabatı Standartları (ESRS)Korporativ Davamlılıq Hesabatı Direktivi (CSRD) tələblərini nəzərdən keçirib.

Real addımlar, ölçülə bilən nəticələr

2024-cü ildə AsstrA konkret ekoloji nəticələrə gətirən bir sıra təşəbbüsləri həyata keçirdi:

  • Boş gedişlərin azaldılması: Optimallaşdırma işləri və texnologiyaya yatırımlar nəticəsində boş gedişlərin payı 2023-cü ildəki 11,3%-dən 2024-cü ildə 9,9%-ə endirildi.
  • Emissiyaların azaldılması: Emissiya intensivliyi 2021-ci illə müqayisədə 17% azalıb, ümumi CO₂ emissiyaları isə (Scope 3, Well-to-Wheel — “quyudan təkərə”) 10% azalıb.
  • Səmərəli “yaşıl” transformasiya: Bu nəticələr daha dayanıqlı nəqliyyat həllərinin tətbiqi və logistika strategiyalarının tənzimlənməsi hesabına əldə edilib.
  • Əməliyyat səmərəliliyinin yaxşılaşdırılması: Gələn illər üçün hədəf — Aİ-də Fərdi Donanma (Dedicated Fleet) üzrə boş gedişləri təxminən 10% səviyyəsində saxlamaqdır.

 Yeni texnologiyalar və davamlı yanacaqlar

AsstrA nəqliyyat xidmətlərini ekoloji cəhətdən daha səmərəli həllərlə genişləndirdi. Müştərilər artıq HVO (hidrogenlə işlənmiş bitki yağı) əsasında və BIO LNG üzrə ilkin təkliflərdən istifadə edə bilirlər. Şirkət, həmçinin Renault Trucks ilə əməkdaşlıqda elektrik nəqliyyat vasitələrini sınaqdan keçirir və onların avtomobil daşımalarında genişmiqyaslı dekarbonizasiya üçün potensialını araşdırır. Bununla yanaşı, AsstrA “yaşıl” texnologiyaların əldə edilməsinə başlayıb və elektromobillik sahəsində tərəfdaşlıqlar inkişaf etdirir.

İştirak və ESG mədəniyyətinin qurulması

Şirkət bilik və təcrübəsini fəal şəkildə bölüşür. 2024-cü ildə AsstrA-nın Varşava ofisi Avropada avtomobil daşımalarının dekarbonizasiyasına həsr olunmuş konfransa ev sahibliyi etdi və bu tədbir əməkdaşları, müştəriləri, tərəfdaşları və ESG mütəxəssislərini bir araya topladı.

“2024 davamlı inkişaf üçün həm çətin, həm də çox məhsuldar il oldu. İl ərzində müştərilər və tərəfdaşlarla dekarbonizasiya mövzusunda çoxsaylı müzakirələr apardıq. Üstəlik, 2023-cü illə müqayisədə EcoVadis göstəricimizi 7 bal artırdıq”, — deyə AsstrA-nın Davamlı İnkişaf meneceri Dmitri Krolov vurğulayır.

AsstrA davamlılığı biznes strategiyasının əsas dayağı kimi görür. Şirkət mütəmadi olaraq iddialı ekoloji hədəflər müəyyənləşdirir; uğurlu transformasiyanın əsas hərəkətverici qüvvəsi isə əməkdaşların və maraqlı tərəflərin fəal iştirakı hesab olunur.

Hesabatın tam mətni: https://asstra.com/assets/files/AsstrA_ESG_report_2024.pdf

Tarix: İyul 2025 AsstrA Banqladeşdən ABŞ-a elektrik enerjisi avadanlıqlarının mürəkkəb daşınmasını uğurla həyata keçirdi

İsveçrənin nəqliyyat və logistika şirkəti AsstrA-Associated Traffic AG, Banqladeşin Çittaqonq limanından ABŞ-ın Hyuston şəhərinə əsas Elektrik Enerjisi İstehsalı Paketi və ona aid avadanlıqların mürəkkəb daşınmasını uğurla tamamladı.

Layihə ilk olaraq 2023-cü ildə, yeni bir müştərinin bu əməliyyat üçün ilkin büdcə və daşınma xərclərinin təqdim olunmasını istəməsi ilə başlamışdı. İki il sonra isə son göndəriş uğurla həyata keçirildi. Yüklər 20 mart tarixindən Çittaqonq limanında gəmiyə yüklənməyə başlandı və 3 iyun 2025-ci ildə Hyustona çatdı.

Göndərişə generatorlar və bütün əlavə avadanlıqlardan ibarət elektrik enerjisi paketi daxil idi. Ümumi çəki 642 metrik ton, ümumi həcmi isə 3.557 kubmetr təşkil edirdi. Yüklər ümumilikdə 40 fərdi bağlamadan ibarət idi. Bu daşınma və ümumi əməliyyatın bir sıra unikal xüsusiyyətləri vardı, onlardan biri də daşınan avadanlığın istifadə olunmuş enerji istehsalı qurğuları olması idi. Bu qurğular sökülərək yenidən Hyustona göndərilmək və daha sonra təmir edilmək üçün hazırlanmalı idi.

Bu prosesin mürəkkəbliyi bir neçə səbəbdən irəli gəlirdi. Əsas səbəblərdən biri, daşınmanın hissəvi çarter əməliyyatı olması və yükləmə üçün müəyyən olunmuş vaxt aralığının təyin edilməsiydi. Bütün avadanlıqlar Banqladeşdəki yerləşdiyi məntəqədən çıxış limanına bucqalarla (barjlarla) daşınmışdı. Ümumilikdə 4 bucqa istifadə olunmuş və keçid 1 gün davam etmişdi. Daha sonra isə bucqalardan gəmiyə yükləmə prosesi gəminin öz avadanlığı ilə həyata keçirilmiş və bu proses risklərin və təhlükəsizlik amillərinin nəzərə alınması ilə yavaş və diqqətli şəkildə icra edilmişdi. Yükləmə prosesi çox uğurlu keçmiş və bütün tərəflər 48 saatlıq razılaşdırılmış müddət ərzində yükləmənin tam həyata keçirilməsi üçün üzərlərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmişdilər.

AsstrA-nın IPL Şimali Amerika bölməsinin komandir lideri Colin Bagwell bu barədə belə paylaşdı:

“Çittaqonqda bucqadan gəmiyə keçid manevrləri və əməliyyatlar çətinliklər doğursa da, prosesi dəstəkləmək və yaxından iştirak etmək riskləri və gecikmələri azaltmağa kömək etdi. Əlavə olaraq, prosesdə bir çox tərəf iştirak etdiyindən, koordinasiya və idarəetmə vaxtı olduqca vacib və səmərəli idi. Gecikmələr və əlavə xərclərin qarşısını almaq da çətinliklərdən biri idi, lakin bu problemlərin hamısı möhkəm idarəetmə, müştəri və xidmət təminatçıları ilə əməkdaşlıqaydın və açıq ünsiyyət sayəsində aşılmış oldu. Lakin bütün bunlardan önəmlisi “ətraflı planlama” idi.”

Logistika əməliyyatının digər əsas və çətin komponenti isə Çittaqonq limanında ixrac gömrük rəsmiləşdirilməsi olmuşdu. Bu proses bir neçə maraqlı tərəf arasında dəqiq koordinasiya tələb edirdi. AsstrA-nın mütəxəssislərinin öncədən planlama mərhələsində və yükləmə zamanı yerində iştirakı, prosesi daha təhlükəsiz və axıcı şəkildə idarə etməyə kömək etdi.

Bu daşınma, AsstrA-nın çətin və yüksək riskli logistik əməliyyatları uğurla idarə etmək bacarığını nümayiş etdirir.
AsstrA-Associated Traffic AG, dəyərli və ixtisaslaşmış sənaye yüklərinin mürəkkəb daşınmalarında təhlükəsizlik, dəqiqlik və müştəri tərəfdaşlığı prinsiplərinə sadiq qalaraq uğurlarını davam etdirir.

Tbilisi Dry Port açıldı – AsstrA marşrutlarını genişləndirir

Gürcüstanda ilk quru liman olan Tbilisi Dry Port Çin – Qafqaz – Avropa marşrutu üzrə multimodal logistika üçün yeni perspektivlər açır. AsstrA üçün açılış mərasimində iştirak təkcə tərəfdaşlar tərəfindən tanınmanın göstəricisi deyil, həm də yeni logistika qovşağının potensialını ilk olaraq qiymətləndirmək imkanı idi.

AsstrA Georgia şirkətindən tədbirdə filial direktoru Larisa Mevx və Mərkəzi Asiya və Qafqaz üzrə konteyner bölməsinin rəhbəri Yelena Vasileva iştirak ediblər. Liman istifadəyə verildikdən sonra ilk həftələrdə AsstrA mütəxəssisləri onun imkanlarını müştərilər üçün logistika həllərinə inteqrasiya etməyə başlayıblar.

“Tbilisi Dry Port-un açılışında iştirak bizim üçün sadəcə simvolik addım deyil. Bu, Gürcüstanın regionda əsas logistika habı rolunu təsdiqləyir. Yeni liman Çin, Qafqaz, Mərkəzi Asiya və Avropa istiqamətində multimodal marşrutların inkişafı və müştəri xidmətlərinin təkmilləşdirilməsi üçün real imkanlar yaradır,” – deyə AsstrA Georgia filialının direktoru Larisa Mevx qeyd edir.

Tbilisi Dry Port-un açılması AsstrA müştərilərinə bir sıra üstünlüklər təqdim edir:

  • Çin – Avropa marşrutu üzrə yeni multimodal infrastruktur imkanlarına çıxış;
  • Tbilisi üzərindən dəmir yolu və dəniz nəqliyyat zəncirlərinə birbaşa qoşulma;
  • Batumi, Poti, Bakı və Xəzər logistika mərkəzlərinə çıxışı olan çevik marşrutlar;
  • Çatdırılma müddətlərinin optimallaşdırılması və logistika xərclərinin azaldılması imkanları.

“Liman AsstrA üçün dayanıqlı və genişlənə bilən konteyner həllərinin inkişafı baxımından yeni imkanlar yaradır. Biz müştərilərin effektiv marşrutlara artan marağını müşahidə edirik və yeni liman Orta dəhliz üzrə logistikanın optimallaşdırılması üçün əlavə alətə çevriləcək,” – deyə Elena Vasilieva, Mərkəzi Asiya və Qafqaz üzrə konteyner bölməsinin rəhbəri əlavə edir.

AsstrA Gürcüstanda aktiv şəkildə fəaliyyətini genişləndirir və Mərkəzi Asiya, Qafqaz və Avropa üçün müasir logistika həllərini inkişaf etdirir.

Yeni marşrutun imkanları barədə daha ətraflı məlumat almaq və daşınma qiymətini hesablamaq üçün AsstrA mütəxəssisləri ilə əlaqə saxlayın:

georgia@asstra.com

NİYƏ BİZİ SEÇİRLƏR:

“AsstrA” 25 ildən artıqdır logistika və nəqliyyat xidmətləri bazarında etibarlı tərəfdaşdır. Biz müxtəlif nəqliyyat növləri vasitəsilə beynəlxalq daşımaların həyata keçirilməsi, idxal-ixrac dəstəyi, konsolidasiya, gömrük rəsmiləşdirilməsi və yüklərin sığortalanmasını özündə birləşdirən kompleks servis təklif edirik.

  • ЭКОЛОГИЧНОСТЬ EKOLOJİ UYĞUNLUQ
  • КОМПЛЕКСНЫЕ УСЛУГИ KOMPLEKS XİDMƏTLƏR
  • ИНДИВИДУАЛЬНЫЙ ПОДХОД FƏRDİ YANAŞMA
  • РАБОТА С ПРОФЕССИОНАЛАМИ PEŞƏKARLARLA İŞ
  • МИРОВЫЕ СТАНДАРТЫ РАБОТЫ DÜNYA STANDARTLARI ÜZRƏ İŞ
  • НАДЕЖНОСТЬ ETİBARLILIQ
  • СОВРЕМЕННЫЕ ТЕХНОЛОГИИ MÜASİR İNFORMASİYA TEXNOLOGİYALARI

AsstrA

ASSTRA  RƏQƏMLƏRDƏ
ASSTRA RƏQƏMLƏRDƏ
25 ildən artıq iş, hər il 141 500 daşıma, 1 000-dən çox əməkdaş
REALLAŞDIRILMIŞ LAYİHƏLƏR
REALLAŞDIRILMIŞ LAYİHƏLƏR
Ən maraqlı layihələrimizlə tanış olun
KEYFİYYƏTƏ ZƏMANƏT
KEYFİYYƏTƏ ZƏMANƏT
Biz ən yüksək səviyyəli keyfiyyətə və servisə həmişə zəmanət veririk
MÜŞTƏRİLƏRİMİZİN RƏYLƏRİ
MÜŞTƏRİLƏRİMİZİN RƏYLƏRİ
Sertifikatlarımızla və Müştərilərin rəyləri ilə tanış olun