«AsstrA» beynəlxalq diri heyvanların daşınmasını həyata keçirmək üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Qida (yeyinti) sənayesinin və kənd təsərrüfatının inkişafı hər bir dövlətin ərzaq təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Aqrar sektorun şirkətləri və nümayəndələri yeni bazarları mənimsəyirlər, xarici və daxili tərəfdaşlarla ticarət əlaqələri qururlar.
İqtisadi vəziyyət sabitləşdikcə yükdaşımaların həcmi də artır. Aqrar müəssisələr təkcə heyvandarlıq məhsulları ilə deyil, həm də diri heyvanlarla fəal ticarət aparırlar, bunların hesabına mal-qaranın sayı artır və lazımi genetik müxtəliflik təmin olunur.
Şirkətimiz müxtəlif nəqliyyat vasitələri ilə Avropa, MDB, Baltikyanı, Balkan, Cənub-Şərqi və Mərkəzi Asiya regionlarına diri heyvanların daşınmasını təşkil edir. Təcrübəli əməkdaşlarımız müştərinin tələbatlarını və yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar. Mütəxəssislərimiz bu məlumatlar əsasında münasib çatdırılma marşrutunu tərtib edirlər və diri heyvan yüklərinin daşınmasının dəyərini hesablayırlar. «AsstrA» çatdırılmanı daşıma coğrafiyasından asılı olmayaraq razılaşdırılmış müddətə təşkil edir. Beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini reallaşdırmağı və İsveçrə xidmət səviyyəsini qorumağı bacarırıq.
ƏLAVƏ MƏLUMAT
-
DAŞINMA ŞƏRTİ
Diri heyvanların daşınması şərti heyvanın növü, yaşı, sağlamlığı daxil olmaqla bir çox amillərdən asılıdır. İribuynuzlu mal-qaranın, qoyunların çatdırılmasına, atların avtonəqliyyatla daşınmasına baytarlıq xidmətləri tərəfindən ciddi nəzarət olunur. Daşınan heyvanlar baytarlıq-sanitar proseslərdən və hazırlıqdan keçir, bunlar da onların sağlamlığını müəyyənləşdirməyə, mövcud xəstəliklərini üzə çıxarmağa, allergiya testindən keçirməyə, peyvənd etməyə və epizootiya təhdidinin qarşısını almağa imkan verir.
Diri heyvan yüklərinin daşınması üçün kifayət həcmdə ot tədarük etmək lazımdır, nəqliyyat vasitəsinə yem təknələri quraşdırılmalıdır. Yükləmə-boşaltma işlərinin aparılması üçün sürüşməni istisna edən xüsusi mexanizmlərdən istifadə olunur: estakadalar, körpücüklər, traplar. Daşıma zamanı heyvanları yemləmək və sulamaq, eləcə də onlara dincəlməyə imkan vermək lazımdır. Daşıyıcılar bunun üçün xüsusi nəzərdə tutulmuş yerləşmələrdə vaxtaşırı dayanırlar. İribuynuzlu mal-qaranın daşınması (öküzlər, inəklər, danalar) prosesində müəyyən şərtlərə əməl edilməlidir: məsələn, təhlükəsizlik məqsədilə yaşlı öküzlər, inəklər və cavan heyvanlar ayrıca daşınır. İribuynuzlu mal-qara və digər heyvanların müştərək daşınmasına yol verilmir.
Diri donuzların daşınması ayrıca temperatur şərtlərinə riayət etməyi tələb edir: heyvanlar bərk qızmaya meyilli olduqlarına görə nəqliyyat vasitəsində mülayim temperaturu qormaq, temperatur stressinin profilaktikasını mütəmadi həyata keçirmək, ventilyasiyanı aparmaq lazımdır. Qoyunları avtonəqliyyatla daşımaq üçün mülayim havanı seçmək, şaxta və hərarətli havadan çəkinmək tövsiyyə olunur. Daşımazdan qabaq atların nallarını çıxarırlar və nəqliyyat vasitəsinin içərisində elə bərkidirlər ki, onların aşağı çökmək imkanı olsun. Heyvanların qorunması üçün çullardan, başlıqlardan və digər alətlərdən istifadə olunur.
Diri balıqların avtonəqliyyatla daşınması bir çox halda tezkorlanan yüklərin nəqlinə bənzəyir: daşıma minimum vaxt aparmalıdır, müəyyən temperatur rejimini saxlamaq lazımdır. Diri balığın olduğu sisternlərdə (çən) suyun tərkibinə və temperaturuna qarşı ayrıca tələblər var. Diri heyvan yükünü avtonəqliyyatla daşıyarkən səliqəli olmaq, sərt tormozlamalar və sıçrayışlardan qaçınmaq lazımdır. “AsstrA” Rusiyada və beynəlxalq aləmdə yüklərin daşınması üzrə tənzimləmələrdəki dəyişiklikləri diqqətlə izləyir və hər bir konkret yükün xüsusiyyətlərindən çıxış edərək təhlükəsiz və sürətli çatdırılmanı təmin edir.
-
NƏQLİYYAT NÖVLƏRİ
İribuynuzlu mal-qaranın daşınması və digər heyvanların göndərilməsi uyğunlaşdırılmış nəqliyyat vasitələrindən istifadəni tələb edir: dəniz, dəmir yolu, hava və avtomobil nəqliyyatı. Hər nəqliyat vasitəsi müəyyən şərtlərə müvafiq olmalıdır: müvafiq ventilyasiya sistemi, yem təknələri, daşımanın fasiləsiz monitorinqini təmin etmək üçün GPS-naviqasiya sistemi mövcud olmalıdır. Hər daşımadan öncə nəqliyyat vasitəsi və konteynerlər təmizlənir, yuyulur və dezinfiksiya edlir.
Diri heyvanların daşınması üçün avtomobillər metal qəfəslərlə, taxta sipərlərlə təchiz olunur, çıxan mismarların və digər iti əşyaların olub-olmaması yoxlanılır. Bu və digər təhlükəsizlik tədbirləri daşınan heyvanların yaralanmasının və ölməsinin qarşısını almağa imkan verir.
İribuynuzlu mal-qara, qoyun, at və donuzların avtomobil nəqliyyatı daşınması üçün uyğunlaşdırılmış mal-qara daşıyan nəqliyyat vasitəsindən istifadə olunur. Dir balıq xüsusi konteynerlərə yerləşdirilir: bak və çənlər kənar iyi və qatışıqsız dezinfiksiya edilmiş və təmizlənmiş su ilə doldurulur. İribuynuzlu mal-qaranın dəniz nəqliyyatı ilə daşınması zamanı heyvanlar bütün zəruri mexanizmlərin olduğu anbarlarda və göyərtədə xüsusi quraşdırılmış ağıllarda saxlanılır: döşəmələr, suvarma qabları və digər inventarlar. Diri heyvanların hava nəqliyyatı ilə daşınması zamanı daşıma üzrə say məhdudiyyətinə əməl edilməlidir. Belə ki, eyni zamanda 200-dən artıq olmamaqla iribuynuzlu mal-qaranın çatdırılmasına icazə var. Yük təyyarələrinə olduqca geniş burdaqlar təchiz olunur, onların divarları yumşaldıcı materiallarla ayrılıb. Dəmir yolu ilə diri heyvanların daşınması üçün də oxşar tələblər nəzərdə tutulub.
«AsstrA» diri heyvan yüklərinin çatdırılması üçün etibarlı nəqliyyat tərəfdaşlarını cəlb edir. Bütün nəqliyyat vasitələrinin və qoşquların hər cür icazə sənədləri var. "AsstrA"nın təcrübəli mütəxəssisləri mal-qara və digər heyvanların, o cümlədən balıqların daşınması üçün yükün səciyyəvi xüsusiyyətindən və müştərinin tələbatından asılı olaraq uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçirlər. Əməkdaşlarımız ehtiyac olarsa, hava, avtomobil, dəniz və dəmir yolu nəqliyyatından yararlanmaqla multimodal daşıma sxemlərini tərtib edirlər.
-
İMKANLARIMIZ
«AsstrA» əməkdaşlarının ümumilikdə yükdaşımalar sahəsində və xüsusən iribuynuzlu mal-qaranın daşınmasında yüksək ixtixası və çoxillik təcrübəsi var. Təcrübə və ixtisas bizə hər sifarişə qarşı fərdi yanaşmanı reallaşdırmağa, konkret yükün xüsusiyyətini və konkret müştərinin arzusunu diqqətə almağa kömək edir. Nəqliyyat xidmətlərinin sınanmış və etibarlı tədarükçüləri ilə əməkdaşlıq daha rasional marşrut tərtib etməyə və seçməyə, çatdırılmanın bütün mərhələlərini dəqiq əlaqələndirməyə və hər bir yükü təyin edilmiş müddətə çevik daşımağa imkan verir.
"AsstrA"nın heyvanların daşınması üzrə xidmətlər kompleksinə daxildir:
- Müxtəlif nəqliyyat vasitələrindən istifadə etməklə aşağıdakı daşıma növlərinin təşkili və təmin edilməsi: atların daşınması; diri balıqların daşınması; donuzların daşınması; mal-qaranın daşınması; qoyunların daşınması
- Daşımanın bütün mərhələlərinin əlaqələndirilməsi, daşımada iştirak edənlərin hərəkətlərinin uyğunlaşdırılması.
- Daşıma prosesində diri heyvanların təhlükəsizliyinin təmin edilməsi üzrə fərdi tədbirlərin təşkili. Mütəxəssislər zəruri təhlükəsizlik tədbirlərini müəyyənləşdirmək üçün sifarişçinin tələbini və arzusunu, yükün səciyyəvi xüsusiyyətini, məsafəsini və yolların vəziyyətini nəzərə alır.
- Daşıma prosesində yükün salamatlığına və yerinə 24/7 nəzarət, eləcə də yükləmə-boşaltma işlərinin həyata keçirilməsi.
- Kompleks gömrük müşayiəti.
- Nəqliyyat, logistika sahəsində və gömrük prosedurlarında konsaltinq.
- "AsstrA"nın təhlükəsizlik sistemi. Bizim təhlükəsizlik xidmətimiz daşıyıcıda olması gərəkən lisenziyaları və qeydiyyatları yoxlayır, yalnız daşımalar üzrə 120 iş günündən çox qanuni fəaliyyət göstərən nəqliyyat şirkətləri ilə əməkdaşlıq edir.
-
ÜSTÜNLÜKLƏRİMİZ
- BAZARI ANLAMA
“AsstrA” şirkətinin əməkdaşları diri heyvanların daşınması ilə bağlı hər məsələnin həll edilməsinə işini ən yüksək səviyyədə bilərək yanaşır. Mütəxəssislərimizin nizamlı işi sayəsində “AsstrA”nın hər müştərisinə daşıma zamanı yükün təhlükəsizliyinə, tədarüklərin dəqiq və mütəşəkkil sisteminə, daşımanın təyin edilmiş müddətinə əməl olunmasına və bütün texniki, sanitar normaların yerinə yetirilməsinə zəmanət verilir.
- ETİBARLILIQ
“AsstrA” Daşınan Yüklərin Mühafizəsi Assosiasiyasına (TAPA) daxildir, bu da əməkdaşlarımızın yükün göndərilməsi zamanı təhlükəsizlik tədbirlərinə əməl etdiyini təsdiqləyir. Bundan başqa, “AsstrA” AEO-təsərrüfat fəaliyyətinin səlahiyyətli subyekti sertfikatını alıb. AEO sertifikatı təsdiq edir ki, şirkətimiz etibarlı və ödəməqabiliyyətli tərəfdaşdır, daşıma zamanı təhlükəsizlik standartlarına və qanunvericiliyin bütün tələblərinə əməl edir.
- KOMPLEKS XİDMƏT
“AsstrA”nın təcrübəli mütəxəssisləri bir logistik operator tərəfindən atların, qoyunların və digər heyvanların daşınması üzrə sığorta və konsaltinq xidmətləri daxil olmaqla, xidmətlərin tam kompleksini təqdim edir. 18 ölkədə qlobal miqyasda iştirak etməklə yanaşı, şirkətimizin 8 gömrük agentliyi də var, bu da bizə innovativ logistik və nəqliyyat həllərini daim təkmilləşdirməyə və hazırlamağa imkan verir.
- TƏCRÜBƏLİ TƏRƏFDAŞLAR
“AsstrA” qoyunların və digər heyvanların, o cümlədən donuzların daşınmasının həyata keçirilməsi üçün nəqliyyat xidmətlərinin etibarlı tədarükçülərini cəlb edir. Nəqliyyat tərəfdaşlarımız Bizimlə uzunmüddətli müqavilələr əsasında əməkdşalıq edirlər, bu da bazar şəraitindən asılı olmayaraq KPI üzrə yüksək göstəricilərin əldə olunmasına zəmanət verir. “AsstrA”nın nəqliyyat tərəfdaşlarının bütün zəruri lisenziyaları və icazələri, daşıyıcının məsuliyyət sığortası üzrə müqavilələri var.
- YÜKSƏK MALİYYƏ ZƏMANƏTƏRİ
Biz dirin heyvanlarınn daşınması üzrə təhlükəsiz, innovativ, səmərəli xidmətlərin göstərilməsinə cəmlənmişik, bunlar da öz növbəsində beynəlxalq hüququn tələblərinə cavab verir. “AsstrA”nın daşınan yükə görə məsuliyyəti hər bir sığorta hadisəsi üzrə 3 000 000 avro məbləğində sığortalanıb. Sığorta ödənişini etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG” (İsveçrə) təmin edir.
-
QAYDA/SƏNƏDLƏR
Diri heyvanların daşınması və ətraf mühitin mühafizəsinə yönəlmiş beynəlxalq və milli normativ hüquqi aktlar daxil olmaqla, xüsusi sənədlərlə tənzimlənir. Heyvanların daşınması prosesini tənzimləyən normalar çoxsaylı texniki normativ-hüquqi aktlarda, daşımanın sanitar, gigiyenik və texniki standartlarını müəyyənləşdirən sənədlərdə, sertfikasiya qaydalarında, baytarlıq xidmətlərinin əmrlərində yer alır. Bütün bu sənədlər diri heyvanların daşınmasının həyata keçirilməsinin mürəkkəb və ətraflı qaydalarını müəyyənləşdirir.
Qanunvericilik təkcə daşıyıcılara deyil, həm də yük sahiblərinə və yük göndərələrə müəyyən öhdəliklər verir. Yük sahibi və ya yükü göndərən daşımanın müşayiət edilməsi üçün bir sıra sertifikatı və icazələri rəsmiləşdirməlidir. Bu, sanitar təhlükəsizliyin təmin edilməsi və epidemioloji təhdidlərin xəbərdar edilməsi üzrə tədbirlərlə bağlıdır. O cümlədən, daşımadan öncə heyvanlara görə baytarlıq müşayiətedici sənədləri, baytarlıq təftişi üçün icazə almaq, baytarlığın səlahiyyətli orqanlarında marşrutu və dayancaq yerlərinin razılaşdırma lazımdır.
«AsstrA» diri heyvanların daşınması üzrə müvafiq qayda və normativlərə riayət olunmasını izləyir, habelə mal müşayiət sənədləri, qaimə-faktura, bəyannamələr daxil olmaqla əlaqədar sənədlərin rəsmiləşdirilməsi üzrə öhdəliyi tam üzərinə götürür.
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.