“AsstrA” şirkəti yüklərin dəmir yolu ilə konteynerlərdə daşınmasının üstünlüklərindən istifadə etməyi təklif edir. Konteynerlərin istifadə olunması yüklərin yüklənməsini, boşaldılmasını və bilavasitə daşınmasını asanlaşdırır və tezləşdirir. Buna görə də konteynerlərlə dəmiryol daşımalarına davamlı yüksək tələbat var. Bizim əməkdaşlarımız yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, ən münasib marşrutlar hazırlayırlar və ən əlverişli logistik sxemlər tərtib edirlər. “AsstrA” daşımaların coğrafiyasından asılı olmayaraq, vaxtında çatdırılmanı təşkil edir. Etibarlı tərəfdaşlarla sıx əməkdaşlıq sayəsində şirkət çevik qiymət siyasətini aparır və İsveçrə xidmət səviyyəsini qoruyur.
ƏLAVƏ MƏLUMAT
-
YÜK NÖVLƏRİNİN DAŞINMA ŞƏRTLƏRİ “AsstrA” şirkəti dəmir yolu ilə konteyner daşımalarının təşkil edilməsi üzrə nəqliyyat-logistik xidmətlərin tam kompleksini təqdim edir:
- Ədəd hesabı mal
- Yüngülçəkili yüklər
- Tez xarab olan yüklər
- Qabsız və tökmə (aşırma) yüklər
- Maye yüklər
- Tezsınan yüklər
- Nişanlama qaydalarına və digər ehtiyat tədbirlərinə əməl etmək şərti ilə təhlükəli yüklər
Dəmir yolu ilə daşımalar üçün konteynerlərin çoxlu növləri və modifikasiyaları var. Bunlar müxtəlif səciyyəvi xüsusiyyətləri olan yüklərin salamatlığını təmin edirlər. O cümlədən, tez korlanan məhsulların, kimyəvi və əczaçılıq yüklərinin daşınmasında refrijertaorlu konteynerlər və izotermalı konteynerlərdən istifadə olunur. “AsstrA” şirkətinin mütəxəssisləri aviasiya, avtomobil, dəniz və dəmiryol nəqliyyatından istifadə etməklə uyğunlaşdırılmış konteynerlər seçirlər və kombinə edilmiş çatdırılma sxemlərini tərtib edirlər.
-
COĞRAFİYAMIZ- Balkan yarımadası daxil olmaqla, Avropa üzrə yüklərin dəmiryol konteynerləri ilə daşınması
- MDB ölkələri üzrə yüklərin dəmiryol konteynerləri ilə daşınması
- Ayrı-ayrı regionlar daxil olmaqla, Rusiya üzrə yüklərin dəmiryol konteynerləri ilə daşınması
- Avropa və Qafqaz arasında yüklərin dəmiryol konteynerləri ilə daşınması
- Avropa və Mərkəzi Asiya arasında yüklərin dəmiryol konteynerləri ilə daşınması
- Çin, Avropa və MDB arasında yüklərin dəmiryol konteynerləri ilə daşınması
- Monqolustan, Avropa və MDB arasında yüklərin dəmiryol konteynerləri ilə daşınması
-
İMKANLARIMIZ “AsstrA” şirkətinin konteynerlərin dəmir yolu nəqliyyatı ilə daşınmasının təşkil edilməsi üzrə kompleks xidmətinə daxildir:
- Layihənin və daşıma coğrafiyasının tərtib edilməsi
- Uyğunlaşdırılmış konteynerlərin seçilməsi
- Tərəfdaşların Avropa və MDB-də yerləşən anbarlarında yükə kompleks xidmət göstərilməsi
- Kompleks gömrük müşayiəti
- Yığma daşımalar
- Yükün salamatlığı və yerinə dair günün 24 saatı və həftənin 7 günü (24/7) monitorinqin aparılması
- Sürət qatarlarının istifadə edilməsi
-
ÇINDƏN ÇATDIRILMA
Göndərilmə məntəqələri: Uhan, Xefey, Suçjou, Çjençjou
Çatdırılma məntəqələri: Varşava, Hamburq, Duysburq- Yükün göndərilmə stansiyasına çatdırılması müştəri və ya “AsstrA” şirkəti tərəfindən nəqliyyat sifarişinə uyğun həyata keçirilir. “Qapıdan qapıyadək” və “Qapıdan stansiyayadək” sxemləri üzrə daşımaların təşkil edilməsi üçün yük daşınmanın başlamasından qabaq 5-7 gündən gec olmayaraq göndərilmə stansiyasına çatdırılır.
- Yığma daşımanın təşkil edilməsinin çox mühüm şərti yük yerinin uzunluğunun 3 metrədək və çəkisinin 2 tonadək olmasıdır. Əgər yük yerinin hündürlüyü 2 metri ötərsə, tarifə artıran əmsal tətbiq edilir və tarif 2,6 metr hündürlüyün əsasında hesablanır. Əgər yük yerinin eni 2 metri ötürsə, o zaman tarif 2,3 metr enin əsasında hesablanır. Yükün göndərilmə stansiyasına çatdırılması qatarın yola salınmasından əvvəl 3 gündən gec olmayaraq təşkil edilir.
- Gömrük rəsmiləşdirilməsi daşıma başlayanadək 2 gündən gec olmayaraq həyata keçirilir. Yükü göndərən daşımanın başlamasına qədər gömrük rəsmiləşdirilməsi üçün sənədləri, ixrac lisenziyalarını və digər zəruri sənədləri təqdim etməlidir. Yük yeri qatar yola salınmazdan əvvəl yoxlanılır və təsdiq edilir.
-
ÜSTÜNLÜKLƏRİMİZ- ÇOXILLIK TƏCRÜBƏ “AsstrA” 20 ildən artıqdır dəmir yolu nəqliyyatı ilə konteyner daşımalarını təşkil edir. Şirkət fəaliyyət göstərdiyi illər ərzində sənayenin müxtəlif sahələrinin özəlliklərini öyrənib və ən mürəkkəb logistik tapşırıqların səmərəli həllərini hazırlayıb.
- ETİBARLILIQ Konteynerlərdən istifadə olunması yükləri “qapıdan qapıyadək” təhlükəsiz çatdırılması imkanını təmin edir. Bundan başqa, konteynerlərlə dəmiryol daşımaları üzrə xidmətlərə müasir naviqasiya sistemlərinin köməkliyi ilə yükün salamatlığına nəzarət daxildir.
- KOMPLEKS XIDMƏTIN GÖSTƏRILMƏSI “AsstrA” yüklərin dəmir yolu ilə konteynerlərdə daşınması üzrə aşağıdakı xidmətləri göstərir: nəqlin təşkil edilməsi, gömrük müşayiəti, sığortalama, anbar xidmətləri, konsaltinq, layihə logistikası. Dünyanın 18 ölkəsində qlobal iştirak etmə və özümüzün 8 gömrük agentliyinin olması göstərilən xidmətlərin kompleks xarakterini təmin edir.
- KOMBINƏ EDILMIŞ DAŞIMA SXEMLƏRI “AsstrA” şirkəti dəmir yolu ilə konteyner daşımalarını təşkil edir və nəqliyyatın bir neçə növü ilə Baltikyanı, Avropa, MDB, Balkan, Mərkəzi Asiya, Yaxın Şərq regionlarına və Çinə alternativ çatdırılma üsullarını təklif edir.
- YÜKSƏK MALIYYƏ ZƏMANƏTLƏRI “AsstrA” dəmir yolu nəqliyyatı ilə konteyner daşımaları üzrə göstərilən xidmətlərin yüksək keyfiyyətini qoruyur və beynəlxalq hüququn tələblərinə ciddi əməl edir. Hər bir sığorta hadisəsinə görə bağlanmış məsuliyyət sığortası müqavilələri üzrə məsuliyyət limiti 3 000 000 EUR təşkil edir. Sığorta ödənişini Bizim İsveçrədən olan sınanmış tərəfdaşlarımız “Zurich Versicherungs-Gesellschaft AG” (“Zurich Insurance Company Ltd”), “Basler Versicherung”, “Aktiv Assekuranz” qarşılayır.
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.
