2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6 mln. ton-km olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 15512,7 min tonu və ya 60,5%-i avtomobil nəqliyyatı, 6614,0 min tonu və ya 25,8%-i dəmir yolu nəqliyyatı, 3524,1 min tonu və ya 13,7%-i dəniz nəqliyyatı ilə daşınıb.

Avropa-Qafqaz-Asiya
Bölmə BAZAR XƏBƏRLƏRI Tarix 16.08.2017