Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 14% artaraq 2017-ci ilin yanvar-iyul ayları ərzində 1 693,198 mln. ABŞ dollarına çatıb.
Bu müddətdə ixrac illik 49,6% artaraq 522,821 mln. dollar, idxal 3,3% artaraq 1 170,376 mln. dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin mənfi saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 17% azalaraq 647,555 mln. dollar olub.
Ümumiyyətlə, Azərbaycanın cəmi ixracının 8,50%-i, idxalının isə 26,78%-i məhz MDB ölkələrinin payına düşüb.