Bu ilin yanvar-iyun aylarında 737,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu, 2016-cı ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə isə 24,3 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 73,1 faiz, təzə meyvə 34,3 faiz, kartof 50,6 faiz, tütün 36,9 faiz, çay 44,3 faiz, meyvə və tərəvəz şirələri 91,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu 21,5 faiz, polietilen 1,9 faiz, pambıq lifi 5,7 dəfə, qara metallardan borular 0,1 faiz, bentonit gili 3,9 dəfə artıb. Şəkər ixracı isə 21,5 faiz, bitki yağları 3,7 faiz, meyvə və tərəvəz konservləri 4,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 15,7 faiz, emal olunmamış alüminium 32,3 faiz, qara metallardan yarımfabrikatlar 50,5 faiz, pambıq ipliyi 34,6 faiz azalıb.
2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin altı ayında xam şəkər və şəkər idxalı 13,5 faiz, təzə meyvə 10,9 faiz, quş əti və onun əlavə məhsulları 2 dəfə, mal əti 2,3 dəfə, minik avtomobilləri 33,7 faiz, hesablama maşınları.