2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 41,7 milyard manat olub.
Gömrük orqanlarının müsadirə edilən siqaretlərin üzərinə aksiz markası vurmaq səlahiyyəti yoxdur və qanunvericiliyə görə gömrük orqanları müsadirə etdikləri tütün məmulatlarını yalnız məhv edir.
Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 9 km olan Babək prospektində aparılan yenidənqurma işləri artıq yekunlaşır.
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasının nazirlər toplantısı keçirilir.
Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin 19 noyabr 2018 ci il tarixli 491 nömrəli qərarı ilə Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərinin nizamnamələri və strukturları təsdiq edilib.
Litva azərbaycanlı sahibkarlar üçün Avropa İttifaqına (Aİ) açılan qapı ola bilər. Bunu Trend və “Azernews” qəzetinə müsahibəsində Litvanın xarici işlər nazirinin müavini Daryus Skusyaviçyus deyib.
Dövlət Gömrük Komitəsi dövlət sərhədini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb. Bukletlərdə ölkəyə idxal olunan mallar barədə ətraflı məlumat verilir.
Çində səfərdə olan iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərinə təşkil olunmuş Azərbaycan ixrac missiyası başa çatıb.
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov nəqliyyat, ətraflı tədqiq və bütün müvafiq məsələlərin vaxtında həlli məsələlərinin müzakirəsi üçün Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının yaradılması üçün lazımi addımların atılmasına dair göstəriş verib.
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də 77,23 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,14 dollar/barel azdır.
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.
Çinin Hunan vilayətinin Candziadzie şəhərində Çinin Beynəlxalq Ticarət Palatası və İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə "Bir Kəmər, Bir Yol" təşəbbüsünün 5 illiyi münasibətilə sammit keçirilib.