Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.
Çinin Hunan vilayətinin Candziadzie şəhərində Çinin Beynəlxalq Ticarət Palatası və İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə "Bir Kəmər, Bir Yol" təşəbbüsünün 5 illiyi münasibətilə sammit keçirilib.
Dövlət Gömrük Komitəsində (DGK) Estoniya mütəxəssisləri tərəfindən hazırlanan və bir sıra ölkələrin sərhədlərində tətbiq edilən “Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi” layihəsinin təqdimatı keçirilib.
Dağıstanda Rusiya-Azərbaycan sərhədində Samur çayı üzərindən keçəcək avtomobil körpüsü aparılan işlərin qrafikinə uyğun olaraq 2019-cu ildə istismara veriləcək.
Oktyabrın 2-də Dövlət Gömrük Komitəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin birlikdə həyata keçirdiyi "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın icra vəziyyətinin öyrənilməsi məqsədilə görüş keçirilib.