“AsstrA” beynəlxalq yumurta daşımalarını həyata keçirmək üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Qida (yeyinti) sənayesinin, kənd təsərrüfatının və xüsusən quşçuluğun inkişafı hər bir dövlətin ərzaq təhlükəsizliyinin tərkib hissəsidir. İnkubasiya yumurtalarının idxalı bu sahəni zəruri genetik materialla təmin edir. Daxili istehsalda da bir o qədər dinamik artım müşahidə olunur. İnkubasiya yumurtalarına tələbatın çoxalması bu sahədə daşımaların həcminin artması üçün zəmin yaradıb. “AsstrA” beynəlxalq əlaqədə yumurtaların ardıcıl tədarükünü təşkil etməkdə müştərilərinə kömək edir. Şirkətimiz müxtəlif nəqliyyat vasitələri ilə Avropa, MDB, Baltikyanı, Balkan, Cənub-Şərqi və Mərkəzi Asiya regionlarına yükdaşımaları təşkil edir. Təcrübəli əməkdaşlarımız müştərinin tələbatlarını və yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, ən münasib çatdırılma marşrutunu tərtib edirlər və inkubasiya yumurtalarının daşınmasının dəyərini hesablayırlar. Beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini reallaşdırmağı və İsveçrə xidmət səviyyəsini qorumağı bacarırıq.
ƏLAVƏ MƏLUMAT
-
İnkubasiya yumurtasının göndərilməsi daşıyıcıdan və daşımanın təşkilatçılarından ən yüksək səviyyədə diqqət, bütün qayda və sanitar-gigiyenik normalara daim əməl etməyi tələb edən prosesdir. Belə ki, yumurtlayan valideyn sürüsü çox vaxt təyinat məntəqəsindən (inkubatoriya) uzaqda yerləşir, bütün daşınma müddəti ərzində malın qorunub saxlanmasını təmin etmək lazımdır. Daşınan yumurtaların salamatlığının əsas şərti nəqliyyat vasitəsinin daxilində münasib temperatur rejiminin saxlanmasıdır. İnkubasiya yumurtası iqlim şəraitinə qarşı yüksək həssaslığı ilə seçilir. Temperatur rejiminin pozulması, havanın temperaturunun qəfil dəyişkənliyi zamanı yumurta potensialını itirir və təkrar istehsal üçün yararsız olur. Nəqliyyat vasitəsindəki temperatur valideyn meydançasının yumurtlama yerindəki havanın temperaturu ilə uyğunluq təşkil edərsə və ya cüzi fərqlənərsə, yük öz istehlak xassələrini ən yaxşı şəkildə qoruyur. Belə ki, temperatur rejiminin saxlanması yükün təhlükəsizliyi üçün həyati önəm kəsb edir, inkubasiya yumurtasının refrijeratorla daşınması təşkil olunur. Lakin bu halda, xüsusən yükləmə-boşaltma işlərinin görülməsi zamanı temperaturun qəfil dəyişmə riski yüksək olur. Yükləmə və boşaltma prosesində malın soyumasından qaçınmaq lazımdır, çünki soyuq havanın təsiri altında yumurtanın daxilindəki yumurta sarısı və ağının həcmi kiçilir, hava kamerası isə əksinə böyüyür. Bu, yükün yoluxma təhlükəsini artırır. Yüksək temperatur inkubasiya yumurtalarının vəziyyəti və xüsusiyyətləri üçün heç də az təhlükəli deyil. Əgər nəqliyyat vasitəsindəki hava yumurta anbarındakından daha istidirsə, intensiv şəkildə kondensat əmələ gəlir və tərləmə baş verir. İsti rütubətli hava da buna imkan yaradır. İnkubasiya üçün yumurta daşımaları rütubətin və temperatur dəyişikənliyinin zərərli təsirini minimuma endirmək məqsədilə refrijeratorla təchiz edilmiş nəqliyyat vasitələrindən və temperatur rejiminin saxlanma imkanının olduğu konteynerlərdən istifadə olunur. “AsstrA” qida və digər məhsulların daşınması üzrə beynəlxalq tənzimləmələrdəki dəyişiklikləri diqqətlə izləyir və konkret hər malın xüsusiyyətlərindən çıxış edərək təhlükəsiz və sürətli çatdırılmanı təmin edir.
-
İnkubasiya üçün yumurta daşınması uyğunlaşdırılmış nəqliyyat vasitələrinin istifadəsini tələb edir: dəniz, dəmir yolu, hava və avtomobil nəqliyyatı. Hər nəqliyat vasitəsi müəyyən şərtlərə müvafiq olmalıdır: o, quru olmalı, lazımi ventilyasiya sisteminə sahib olmalıdır. İnkubasiya yumurtalarının təhlükəsizliyi üçün nəqliyyat vasitəsində lazımi temperatur saxlanmalıdır. Temperarut rejiminə nəzarət etmək üçün nəqliyyat vasitəsi xüsusi termoqraf qurğusu ilə təchiz edilib. Onun köməkliyi ilə yol hərəkəti boyu havanın temperaturunun monitorinqi həyata keçirilir. Yumurtaların avtomobil nəqliyyatı ilə daşınması üzrə xidmətlərə daha çox tələbat var, çünki avtomobil nəqliyyatı ən sürətli çatdırılmanı təmin edir. Avtomobillərin hərəkəti dəmir yolu stansiyalarının, aeroportların və vağzalların hərəkət cədvəlindən asılı deyil, çevik marşrut sayəsində isə yükün “qapıdan qapıyadək” daşınması mümkündür. Yüksək sürətlə daşıma lazımi yumurta daşımaları üçün zəruri şərtdir, çünki sonuncular tezkorlanan yüklər kateqoriyasına aiddir, uzunmüddətli saxlama isə cücələrin məhsuldarlıq göstəricilərini aşağı salır. Qatar, su nəqliyyatı və təyyarə ilə inkubasiya yumurtasının daşınması daha az populyardır, çünki onların çatdırılması zamanı boşaldıb yükləmə zəruriliyi yaranır və əlavə yubanmalar olur. Yükün nəqliyyat vasitəsində bərkidilməsi inkubasiya üçün yumurta daşınmasına qarşı olan vacib tələbdir. Yumurtaların olduğu konteyner elə bərkidilir ki, çatdırılma zamanı qarışma və ya sürüşmə halları baş verməsin. Etibarlı təsbit yük itkisindən qaçınmağa imkan verir. Qəti təsbiti təmin etmək üçün yük və tara arasına amortizasiya materiallarından düzəldilmiş döşəkçələr qoyula bilər. Tez sınan yüklərin daşınması qaydaları taraya xüsusi markalanmanın vurulmasını tələb edir. Yeşik və qutularda fərqləndirici simvolika qoyulur. Fərqləndirici nişanlar malın xüsusiyyətini, məkan səmtlərini və onun xassələri barədə xəbərdarlıq edən digər informasiyanı göstərir. “AsstrA” etibarlı nəqliyyat tərəfdaşlarını cəlb edir, buna görə də bütün nəqliyyat vasitələrində və qoşqularda bütün texniki sənədlər mövcuddur. “AsstrA”nın təcrübəli mütəxəssisləri yükün xüsusiyyətindən və müştərinin tələbatından asılı olaraq inkubasiya yumurtası daşımaları üçün uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçirlər. Əməkdaşlarımız ehtiyac olarsa, hava, avtomobil, dəniz və dəmir yolu nəqliyyatından yararlanmaqla multimodal daşıma sxemlərini tərtib edirlər.
-
“AsstrA” əməkdaşlarının ümumilikdə yükdaşımalar sahəsində və xüsusən inkubasiya yumurtalarının göndərilməsində yüksək ixtixası və çoxillik təcrübəsi var. Təcrübə və ixtisas bizə hər sifarişə qarşı fərdi yanaşmanı reallaşdırmağa, konkret yükün xüsusiyyətini və konkret müştərinin arzusunu diqqətə almağa kömək edir. Nəqliyyat xidmətlərinin sınanmış və etibarlı tədarükçüləri ilə əməkdaşlıq daha rasional marşrut tərtib etməyə və seçməyə, çatdırılmanın bütün mərhələlərini dəqiq əlaqələndirməyə və hər bir yükü təyin edilmiş müddətə çevik daşımağa imkan verir. “AsstrA”nın yumurtaların daşınması üzrə xidmətlər kompleksinə daxildir:
- Müxtəlif nəqliyyat vasitələrindən istifadə etməklə inkubasiya üçün yumurta daşımalarının təşkili və təmin edilməsi.
- Yükləmə prosesində yükün salamatlığının təmin edilməsi üzrə fərdi tədbirlərin təşkili. Mütəxəssislər zəruri təhlükəsizlik tədbirlərini müəyyənləşdirmək üçün sifarişçinin tələbini və arzusunu, yükün xüsusiyyətini, daşıma məsafəsini və yolların vəziyyətini nəzərə alır.
- Anbar xidmətləri və yığma (qarışıq) partiyaların konsolidasiyası.
- Daşıma prosesində yükün salamatlığına və yerinə həftədə 7 gün, sutkada 24 saat nəzarət, eləcə də yükləmə-boşaltma işlərinin həyata keçirilməsi.
- Kompleks gömrük müşayiəti.
- Nəqliyyat, logistika sahəsində və gömrük prosedurlarında konsaltinq.
- “AsstrA”nın təhlükəsizlik sistemi. Bizim təhlükəsizlik xidmətimiz daşıyıcıda olması gərəkən lisenziyaları və qeydiyyatları yoxlayır, daşımalar üzrə 120 iş günündən çox qanuni fəaliyyət göstərən nəqliyyat şirkətləri ilə əməkdaşlıq edir.
-
- BAZARI ANLAMA
“AsstrA” şirkətinin əməkdaşları inkubasiya yumurtasının göndərilməsi ilə bağlı hər məsələnin həll edilməsinə işini ən yüksək səviyyədə bilərək yanaşır. Mütəxəssislərimizin nizamlı işi sayəsində “AsstrA”nın hər müştərisinə daşıma zamanı yükün təhlükəsizliyinə, tədarüklərin dəqiq və mütəşəkkil sisteminə, daşımanın təyin edilmiş müddətinə əməl olunmasına və bütün texniki, sanitar normaların yerinə yetirilməsinə zəmanət verilir.
- ETİBARLILIQ
“AsstrA” Daşınan Yüklərin Mühafizəsi Assosiasiyasına (TAPA) daxildir, TAPA-ya üzv olmaq yumurtaların daşınması zamanı yükün korlanması və itkisi risklərini minimuma endirmək üçün əlavə imkanlar verir. Bundan başqa, “AsstrA” AEO -təsərrüfat fəaliyyətinin səlahiyyətli subyekti sertfikatını alıb. AEO sertifikatı təsdiq edir ki, şirkətimiz etibarlı və ödəməqabiliyyətli tərəfdaşdır, daşıma zamanı təhlükəsizlik standartlarına və qanunvericiliyin bütün tələblərinə əməl edir.
- KOMPLEKS XİDMƏT
“AsstrA”nın təcrübəli mütəxəssisləri bir logistik operator tərəfindən inkubasiya üçün yumurtaların daşınması üzrə xidmətlərin tam kompleksini təqdim edir: daşımalar (kombinə edilmiş daşımalar daxil olmaqla), gömrük və sənəd müşayiəti, sığortalama, anbar xidmətləri, konsaltinq, layihə logistikası, logistik servis. 18 ölkədə qlobal miqyasda iştirak etməklə yanaşı, şirkətimizin 8 gömrük agentliyi də var, bu da bizə innovativ logistik və nəqliyyat həllərini daim təkmilləşdirməyə və hazırlamağa imkan verir.
- TƏCRÜBƏLİ TƏRƏFDAŞLAR
“AsstrA” təkcə inkubasiya yumurtalarının daşınmasını təşkil etmir, həm də daşımaların həyata keçirilməsi üçün nəqliyyat xidmətlərinin etibarlı tədarükçülərini cəlb edir. Nəqliyyat tərəfdaşlarımız Bizimlə uzunmüddətli müqavilələr əsasında əməkdşalıq edirlər, bu da bazar şəraitindən asılı olmayaraq KPI üzrə yüksək göstəricilərin əldə olunmasına zəmanət verir. “AsstrA”nın nəqliyyat tərəfdaşlarının bütün zəruri lisenziyaları və icazələri, daşıyıcının məsuliyyət sığortası üzrə müqavilələri var.
- BAZARI ANLAMA
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.